Azərbaycanda polis əməkdaşı cinayət törədib

Azərbaycanda polis əməkdaşı cinayət törədib
# 24 sentyabr 2012 08:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda polis əməkdaşı cinayət törədib. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Bakı şəhər sakini, 38 yaşlı Şirvan Çingiz oğlu Qurbanov qohumu 50 yaşlı İbad Nüsrət oğlu Cəfərova balta ilə xəsarət yetirib. Qolundan xəsarət alan İ. Cəfərov xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən Ş. Qurbanov Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR