Ölkənin 40 təhsil müəssisəsi akkreditasiyadan keçiriləcək

Ölkənin 40 təhsil müəssisəsi akkreditasiyadan keçiriləcək
# 02 noyabr 2012 13:00 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Noyabrın 15-dən etibarən respublika üzrə ümumtəhsil məktəblərinin akkreditasiyadan keçirilməsi prosesinə başlanacaq. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. O bildirib ki, ilkin olaraq bu prosesin oktyabrda başlanması nəzərdə tutulsa da, sonra yeni dərs ilinin başlandığını nəzərə alaraq akkreditasiyanın noyabrda keçirilməsi qərarlaşdırılıb. H.Zərbəliyevin sözlərinə görə, akkreditasiya prosesi 2013-cü ilin may ayına kimi davam edəcək: “Bu müddət ərzində 40 təhsil müəssisəsi yoxlanılaraq akkreditasiyadan keçiriləcək. Bunlardan 5-i ali təhsil müəssisəsi, 12-si orta ixtisas təhsili müəssisəsi, 8-i peşə liseyi, 4-ü peşə məktəbi və 11-i ümumi təhsil müəssisəsidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR