16 yaşlı Quba rayon sakinini ilan sancıb

16 yaşlı Quba rayon sakinini ilan sancıb
# 27 iyul 2012 16:41 (UTC +04:00)
Quba. Vəli Turan- APA. 16 yaşlı Quba rayon sakinini ilan sancıb. Hadisə bu gün səhər saatlarında baş verib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Cağacuğ kənd sakini, 16 yaşlı Ruslan Məmmədov bağ sahəsində ot biçən zaman ilan hücumuna məruz qalıb.
Ətrafdakı insanların köməkliyi ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Ruslan Məmmədovun vəziyyəti ağırdır. O, tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR