Qaraçuxur bələdiyyəsində “Sənədsiz mənzillər-vətəndaş məsuliyyəti” mövzusunda seminar keçirilib - FOTO

Qaraçuxur bələdiyyəsində “Sənədsiz mənzillər-vətəndaş məsuliyyəti” mövzusunda seminar keçirilib - <font color=red>FOTO</font>
# 19 oktyabr 2012 11:59 (UTC +04:00)
Bakı – APA. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı illə “Sənədsiz mənzillər, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı televiziya verilişləri və teledebatların təşkili” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsində “Sənədsiz mənzillər-vətəndaş məsuliyyəti” mövzusunda seminar keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə qurumun sədri Vüqar Tofiqli açaraq layihənin icrası ilə bağlı iştirakçıları məlumatlandırıb, bu istiqamətdə aparılan təhlil və araşdırmalar haqqında bilgilər verib.

Onun sözlərinə görə, maliyyə problemləri ilə üz-üzə qalan bələdiyyə sisteminin inkişafında hüquq statusu olmayan evlərin, mənzillərin sənədləşdirilməsi sistemin inkişafına təkan verə biləcək addım kimi sayıla bilər: “Bu gün paytaxtda faktiki olaraq sənədsiz 500 min ətrafında olan mənzillərdən 350 mininin sənədləşdirilməsi mümkündür. Bu prosesdən bələdiyyə büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil ola bilər. Hər il paytaxtın 52 bələdiyyəsi mənzillərin sənədləşdirilməməsi hesabına 10 milyon manata yaxın vəsaiti itirir”.

QHT sədri bildirmişdir ki, seminarın keçirilməsində əsas məqsəd vətəndaşları debatlar vasitəsilə maarifləndirilmək, əhalinin mülkiyyət hüquqlarının qorunması, qanunsuz mənzillərin tikintisinə maraq göstərən vətəndaşlara bu addımın gələcəkdə onlar üçün yaradacağı problemlər barədə izahat işlərinin aparılmasıdır.

Tədbirdə həmçinin QHT-nin bu istiqamətdə Suraxanı və Binəqədi ərazisində apardığı araşdırmaların nəticəsi də açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR