Masazırda sürüşmə sahəsində dinamik inkişafla əlaqədar aparılmış mühəndisi-geoloji araşdırma işlərinin nəticələri açıqlanıb
28 mart 2012 14:49 (UTC +04:00)
ETSN-nin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya bildirib ki, Şərqi Abşeron sinklinoriumunun şimal-qərb hissəsində ayrılan Sumqayıt-Fatmayi tektonik sahəsinə daxil olan Masazır qəsəbəsi ərazisinin geoloji kəsilişində üst qatda Yeni Xəzər yaşlı gilcələr və onların altında Balaxanı lay dəstəsinin çöküntüləri yatır. Ərazidə qrunt sularının yayıldığını deyən baş mühəndis deyib ki, əsasən texnogen, kanalizasiya və suvarma nəticəsində qidalanma mənbəyinə malik olan bu sular 3-10 metr dərinliyində rast gəlinir.
Ş. Niftiyev bildirib ki, 2011-ci ilin sonlarında “Qır” gölünün qərb sahilində göldən 100-110 metr aralıda müəyyən olunan sürüşmə sahəsinin eni 30-35, uzunluğu 80-100 metr arasında dəyişir: “Sürüşmə kütləsinin qırılma qaşı 1.0-1.2 metrdir. Axma tipli sürüşmənin ərazisində qalınlığı 0,5-1,0 metr olan çöküntülər axıcı plastikli vəziyyətdədirlər. Gilli çöküntülərin məsaməli olması, mövsümlə əlaqədar yağıntıların düşməsi və tullantı sularının yamaca axıdılması bu süxurlarda çatlılığın inkişaf etməsi, plastikliyin artması, çökmə, oturma və axma proseslərinin inkişaf etməsinə səbəb olub”. Baş mühəndisin sözlərinə görə. hazırda sürüşmə prosesləri yayıldığı sahənin eni 40-42, uzunluğu 85-110, qırılma qaşının hündürlüyü isə 3,5-4,0 metrdir.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024