İran uranın 27% zənginləşdirilməsi məsələsinə münasibət bildirib

İran uranın 27% zənginləşdirilməsi məsələsinə münasibət bildirib
# 26 may 2012 14:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranda uranın 27% zənginləşdirilməsi sırf texniki xarakter daşıyır və ekspertlər bunu araşdırır”. APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə agentliyin İranla bağlı hesabatında qeyd edilən uranın 27% zənginləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, uranın zənginləşdirilməsində baş verən xırda texniki məsələləri qabartmaq bəzi Qərb mediasının siyasi qərəzini göstərir: “Bəzi Qərb mediası AEBA-nın hesabatını siyasiləşdirir. Bu göstərir ki, müəyyən qüvvələr Tehranla agentlik arasında yaranmış əməkdaşlığı pozmaq istəyir”.

Qeyd edək ki, AEBA-nın Tehranın nüvə proqramı ilə bağlı hesabatında göstərilib ki, İran son 3 ayda zənginləşdirilən uran ehtiyatını 145 kiloqrama qədər artırıb və agentlik müfəttişləri “Fordo” yeraltı nüvə obyektində 27% zənginləşdirilən uranın izini aşkar ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR