Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları I rübdə 16% artıb

Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları I rübdə 16% artıb
# 11 aprel 2012 14:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2012-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə vergi daxilolmaları kimi 1 390,406 mln. manat təşkil edib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi daxilolmalarının 35%-i mənfəət vergisi, 25,6%-i əlavə dəyər vergisi, 12,7%-i fiziki şəxslərin gəlir vergisi, 7,9%-i aksizlər, 18,8%-i digər vergilərin payına düşüb.

Cari ilin ilk üç ayında qeyri neft-qaz sektoru üzrə büdcəyə 791,7 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,4% çoxdur. Yanvar-mart aylarında ölkədə 18 994 yeni vergi ödəyicisi qeydiyyatdan keçib. Ötən ilin iyulun 1-dən 2012-ci il aprelin 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı isə 21 478 olub. Ümumilikdə, aprelin 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 436 737-ə çatıb. Bu ilin yanvar-mart aylarında vergi ödəyiciləri tərəfindən göndərilən bəyannamələrin 92,5%-i elektron formada göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR