Kürdəmir rayonunda taxıl sahəsi yanıb

Kürdəmir rayonunda taxıl sahəsi yanıb
# 07 iyun 2012 09:35 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda taxıl sahəsi yanıb. APA-nın məlumatına görə, hadisə Şilyan kənd sakinlərinə məxsus taxıl sahəsində qeydə alınıb. Yanğın zamanı 10 hektar biçilməmiş taxıl sahəsi yanıb, kənd sakinlərinin, eləcə də rayon yanğından mühafizə hissəsinin maşın və canlı qüvvəsinin köməyi ilə 190 hektar taxıl sahəsi alovdan mühafizə edilib. Digər yanğın hadisələri isə Atakişili, Topalhəsənli və Xırdapay kəndlərində qeydə alınıb. Bu kəndlərdə ümumilikdə 15 hektar quru ot və kol-kos yanıb. Yanğınsöndürənlər alovun yaşayış məntəqələrinə tərəf hərəkətinin qarşısını alıblar. Yanğın hadisələrinin baş vermə səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR