Azərbaycan FAO-da donor dövləti kimi çıxış edəcək

Azərbaycan FAO-da donor dövləti kimi çıxış edəcək
# 20 aprel 2012 08:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövləti kimi çıxış edəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan donor dövləti kimi FAO-nun üzvü olan aztəminatlı ölkələrə maliyyə və texniki dəstək, eləcə də tövsiyələr verəcək.

“Əgər əvvəllər aztəminatlı ölkələrdə kənd təsərrüfatı sahəsində layihələri FAO tərəfindən maliyyələşdirilirdisə, bundan sonra Azərbaycan da bu prosesə qoşulacaq. Bunun üçün əsas şərt həmin layihələrin Azərbaycanı qane etməsidir” - deyə nazir qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR