Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin qızıl ehtiyatlarına və xarici dövlətlərə investisiyalara yönəldilməsi təklif olunur

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin qızıl ehtiyatlarına və xarici dövlətlərə investisiyalara yönəldilməsi təklif olunur
# 16 mart 2012 14:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün parlamentdə ölkə hökumətinin ötən ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı keçirilən müzakirələrdə millət vəkili Vahid Əhmədov bildirib. Onun fikrincə, reallıqda bu göstərici bundan iki dəfə artıq - 396 mln. manat təşkil etməli idi.

Millət vəkili Fondun vəsaitlərinin investisiya şəklində qiymətli kağızlar bazarına yönəldilməsini düzgün saymır: «Məndə olan məlumata görə, hökumət Neft Fondunun pullarının bir hissəsini qiymətli kağızlar bazarında saxlamaq niyyətindədir. Amma bu düzgün fikir deyil, o bazarda hələ də böhran davam edir».

V.Əhmədov ARDNF-in aktivlərinin bir hissəsinin - 20-25%-nin qızıl ehtiyatlarında saxlanılmasını təklif edib: «İkinci istiqamət kimi pulu ölkə daxilində investisiya layihələrinə yönəltmək lazımdır. Üçüncü istiqamət isə bu pulların xarici ölkələrə sərmayə kimi yatırılmasıdır».

Qlobal maliyyə böhranı şəraitində Mərkəzi Bankın fəaliyyəti müsbət qiymətləndirən millət vəkili sığortalanan əmanətlərin məbləğini artırmağı təklif edib. Onun sözlərinə görə, hazırda bu məbləğ 30 min manatdır, lakin bu qayda qüvvəyə minəndən sonra ölkədə müəyyən inflyasiya müşahidə olunub. Bununla əlaqədar, deputat bu məbləği 50-60 min və ya 100 min manata çatdırmağı təklif edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR