Dövlət Baytarlıq Xudməti: ““Ukraynadan salmonellyoz baş vermiş təsərrüfatdan yumurta idxal olunmur”

Dövlət Baytarlıq Xudməti: ““Ukraynadan salmonellyoz baş vermiş təsərrüfatdan yumurta idxal olunmur”
# 15 iyul 2012 09:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən daxil olan yumurtalarda salmonellyoz xəstəliyinin təhlükəsi yoxdur. Bu barədə Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib.

Məlumata görə, bəzi KİV-lər Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevə istinadən ölkəyə idxal olunan yumurtanın yoxlanılmadığını, Ukraynada salmonellyoz xəstəliyinin yayılmasına baxmayaraq, bu ölkədən yumurta idxalının davam etdirildiyini yazıblar.

DBX bildirib ki, dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı zamanı yükü ixrac edən ölkənin epizootik durumu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatı əsas götürülür: “Gətirilən yüklə bağlı "Qurudayaşayan Heyvanların Sanitar Məcəlləsi"nin təblərinə uyğun olaraq baytarlıq sertifikatı, keyfiyyət vəsiqəsi və s. baytarlıq sənədlərinin olması vacibdir, həmin sənədləri imzalayan dövlət baytarlıq xidməti orqanları isə buna görə məsuliyyət daşıyırlar.

Məlumatda qeyd olunub ki, salmonellyoz xəstəliyinin təlimatına əsasən, ölkənin hər hansı təsərrüfatında xəstəlik baş verərsə, bu zaman məhdudiyyət ölkəyə yox, yalnız xəstəlik baş vermiş təsərrüfata tətbiq edilir: “Ukraynadan ölkəmizə idxal olunan yumurta salmonellyoz baş vermiş təsərrüfatdan deyil, sağlam təsərrüfatdan idxal edilir”.

Məlumatda o da vurğulanıb ki, Ukraynadan gətirilən mətbəx yumurtasından götürülən nümunələr dövlət tərəfindən akkreditə olunmuş Respublika Baytarlıq Laboratoriyasında baytarlıq-sanitariya ekspertizasından keçirilib və salmonellalar olmadığı bir daha təsdiqlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR