ABŞ-dakı Azərbaycan diasporu Ağ Ev və Konqresi ABŞ-Azərbaycan münasibətlərinin dəyərini etiraf edən qətnamə qəbul etməyə çağırıb

ABŞ-dakı Azərbaycan diasporu Ağ Ev və Konqresi ABŞ-Azərbaycan münasibətlərinin dəyərini etiraf edən qətnamə qəbul etməyə çağırıb
# 21 fevral 2012 09:30 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ Azərbaycanlıları Şəbəkəsi - USAN seçkili rəsmilərə məktub göndərərək, diplomatik əlaqələrin qeyd olunmasını xahiş edib.

ABŞ 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasını tanıyıb, 1992-ci il fevralın 19-da diplomatik əlaqələrin əsası qoyulub, martın 16-da isə Bakıda ABŞ səfirliyi açılıb.

“Avropa və Asiya arasında geosiyasi cəhətdən dinamik bölgədə, həmçinin Rusiya və İran arasında yerləşən Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi bir dövlətdir. Bu ölkədə iki min ilə yaxındır ki, xristian və yəhudilər də yaşayırlar”, deyə müəlliflər qeyd edir və əlavə edirlər ki, təhlükəsizlik sahəsinə gəldikdə isə Azərbaycan 11 sentyabr hadisələrindən dərhal sonra ABŞ-a dəstək verən və yardım təklif edən ilk ölkələr sırasında olub.

“Azərbaycan Kosovo və İraq əməliyyatlarında iştirak edib, Əfqanıstan kampaniyasına fəal qoşularaq, bu ölkədəki qüvvələrinin sayını iki dəfə artırıb. Azərbaycan Əfqanıstana uçan ABŞ və NATO təyyarələrinə yanacaq doldurmaq üçün öz ərazisindən istifadə etməyə imkan verib. Azərbaycan Əfqanıstana təchizat daşınan Şimal Şəbəkəsində quru ərazisi və Xəzər dəniz nəqliyyatı vasitəsilə vacib rol oynayır”.

Müəlliflər xatırladırlar ki, Azərbaycan NATO-nun və Avropa Birliyinin Cənubi Qafqazda etibarlı tərəfdaşıdır.

2004-cü ildə ABŞ Konqresində Azərbaycan üzrə işçi qrup yaradılıb. ABŞ-ın bütün ştatlarında yüzlərlə azərbaycanlı və Amerika azərbaycanlısı yaşayır, işləyir və vergi ödəyir.

Azərbaycan-Amerika diasporunun indi 400 000 üzvü var və USAN kimi təşkilatlar icmanın genişlənməsi və Amerika cəmiyyətinə inteqrasiyası üçün fəal işləyirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR