Azərbaycanın Litvadakı səfiri bu ölkənin nəqliyyat və kommunikasiya naziri ilə görüşüb - FOTO

Azərbaycanın Litvadakı səfiri bu ölkənin nəqliyyat və kommunikasiya naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 24 oktyabr 2012 12:42 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin nəqliyyat və kommunikasiya naziri Eligiyus Masiulis ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlər, xüsusilə də nəqliyyat, informasiya texnologiyaları sahələrində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Sözügedən sahələrdə dinamik inkişafdan bəhs edilib, Azərbaycan və Litva şirkətlərinin bir çox layihələrdə ortaq fəaliyyət göstərməsindən duyulan məmnuniyyət ifadə edilib.

Səfir Həsən Məmmədzadə iki ölkə arasında nəqliyyat və informasiya texnologiyaları arasında əməkdaşlığı daha da genişləndirmək üçün Azərbaycanın maraqlı olduğunu qeyd edib.

Görüşdə həmçinin nazir Eliqiyus Masiulisin rəhbərlik etdiyi Litva nümayəndə heyətinin noyabrın 4-5-də Azərbaycana edəcəyi səfər müzakirə olunub. Nazir E.Masiulis Azərbaycana edəcəyi səfərdən məmnuniyyət duyduğunu və Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb. Litvalı nazir səfər zamanı “BakuTel-2012” beynəlxalq sərginin işində də iştirak edəcək. Sərgidə Litvanın öndə gələn müəssisələri arasında on şirkətin iştirakı edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR