Əli Əkbər Vilayəti: “İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək”

Əli Əkbər Vilayəti: “İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək”
# 28 iyul 2012 11:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini konstruktiv nəticə əldə olunanadək davam etdirəcək”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib. Onun sözlərinə görə, İranın mövqeyi prinsipial və məntiqlidir: “İyulun 24-də İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrində də bu mövqe nümayiş etdirildi. Biz müzakirələri müsbət və konstruktiv nəticə əldə olunanadək davam etdirəcəyik. Hər halda İran sülh məqsədli nüvə enerjisindən faydalanmaq haqqına sahib olmalıdır. Bu haqq “altılıq” ölkələri tərəfindən də rəsmi olaraq tanınmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR