WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 17 aprel 2012 09:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,10 dollar və ya 0,1% artaraq 1 barelə görə 102,93 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, aprelin 16-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,15 dollar və ya 2,6% azalaraq 118,68 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR