BMT-nin Baş Assambleyası Gürcüstan qaçqınları ilə bağlı qətnamə layihəsini qəbul edib

 BMT-nin Baş Assambleyası Gürcüstan qaçqınları ilə bağlı qətnamə layihəsini qəbul edib
# 04 iyul 2012 00:24 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. BMT-nin Baş Assambleyası Gürcüstan tərəfinin təqdim etdiyi Abxaziya və Cənubu Osetiya regionu üzrə qətnamə layihəsini Rusiyanın etirazına baxmayaraq qəbul edib. APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, qətnamənin qəbul edilməsinə 60 ölkə səs verib, 15 ölkə əleyhinə, 82 dövlət isə bitərəf qalıb.
Sənədə əsasən, BMT Baş Assambleyası "bütün tərəfləri Cenevrə diskussiyasını fəallaşdırmaq üçün daha möhkəm sülh yaratmaq, daha effektiv etimad yaradılması tədbirləri görmək üçün danışıqlar aparmaq və insan hüquqlarına riayət olunmasının təmin edilməsi və müvafiq əlverişli təhlükəsizlik şəraiti yaratmaq üçün təcili addımlar atmaqdan ötrü səyləri intensivləşdirməyə və bütün məcburi köçkün və qaçqınların dədə-baba yurdlarına maneəsiz qayıtmalarına şərait yaratmağa çağırır."

Qətnamədə eyni zamanda Qafqazda münaqişələr nəticəsində zərər çəkmiş olan bütün məcburi köçkünlərin və qaçqınların yaşadığı ərazilərə təhlükəsiz və maneəsiz qayıtmaları üçün qrafik təşkil etməyin zəruriliyi qeyd edilib.

BMT-nin iclasında təşkilatın baş katibi Pan Ki Munun Gürcüstanda məcburi köçkünlərin vəziyyətinə dair məruzəsi təqdim olunub. Sənəddə deyilir ki, 2008-ci ilin münaqişəsi nəticəsində Gürcüstanda 100 min məcburi köçkün vəziyyətinə düşmüş insan öz evlərinə qayıdıb. Lakin bunlardan 34 min nəfəri hələdə məcburi köçkün sayıla bilər və onların təhlükəsizliyinin təmin olunmasına ehtiyac var. Hal hazırda Gürcüstanda 264 295 məcburi köçkün var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR