Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi azalıb

Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi azalıb
# 12 may 2012 15:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) aparılan ödənişlərin həcmi 2012-ci ilin fevral ayında 669 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar ayı ilə müqayisədə bu göstərici 78 mln. manat və ya 10,4% artıb.

XÖHKS ilə aparılan ödənişlərin sayında da artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 2,4% artaraq fevralda 2 082 minə çatıb. Nəticədə, ödənişlərin ortalama həcmində azalma baş verib. Belə ki, fevral ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 321,3 manat təşkil edib, bu isə yanvar göstəricisindən 12,6% azdır.

Qeyd edək ki, 2011-ci ilin fevralına nisbətən XÖHKS ilə aparılan əməliyyatların sayı 2,3 dəfə, həcmi 45,1% artıb, bir ödənişin ortalama həcmi isə 36% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR