Bu gün Avropa Liqasının IV təsnifat mərhələsinin püşkü atılacaq

Bu gün Avropa Liqasının IV təsnifat mərhələsinin püşkü atılacaq
# 10 avqust 2012 11:14 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, qitənin 62 klubu 31 cütü müəyyənləşdirəcək. İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Püşk “Neftçi”nin də təsnifat mərhələsindəki son rəqibinin adına aydınlıq gətirəcək. Reytinqinə əsasən mərhələnin 62 komandası arasında 59-cu olan “Neftçi” yalnız “Dila”, “Mura” və “Zeta”dan güclüdür. Bakılılar səpələnmiş 31 komandadan biri ilə oynayacaq.

Səpələnmişlər: “İnter” (İtaliya), “Liverpul” (İngiltərə), “Marsel” (Fransa), “Tvente” (Hollandiya), “Sportinq” (Portuqaliya), MOİK (Rusiya), PSV (Hollandiya), “Bordo” (Fransa), “Ştutqart” (Almaniya), “Metallist” (Xarkov), “Alkmaar” (Hollandiya), “Brügge (Belçika), “Hapoel” (Təl-Əviv, İsrail), “Latsio” (İtaliya), “Atletik” (İspaniya), APOEL (Kipr), “Hannover” (Almaniya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Sparta” (Çexiya),“Rusenborq” (Norveç), “Herenven” (Hollandiya), “Yanq Boyz” (İsveçrə), “Trabzonspor” (Türkiyə), “Nyukasl” (İngiltərə), “Levante” (İspaniya), “Dnepr” (Ukrayna), “Genk” (Belçika), “Viktoriya” (Çexiya), ”Partizan” (Serbiya), “Vaslui” (Rumıniya)

Səpələnməmişlər: “Bursaspor” (Türkiyə), “Dinamo” (Rumıniya), “Feyenoord” (Hollandiya), “Maritimo” (Portuqaliya), “Rapid” (Avstriya), “Legiya” (Polşa), “Dinamo” (Moskva, Rusiya), “Srvena, Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Anji” (Rusiya), “Debretsen” (Macarıstan), “Atromitos” (Yunanıstan), “Harts” (Şotlandiya), “Motervell” (Şotlandiya), “Midtülland” (Danimarka), “Lokeren” (Belçika), “Lütsern” (İsveçrə), AİK (İsveç), “Slovan” (Çexiya), “Orsens” (Danimarka), “Şlask” (Polşa), HİK (Finlandiya), “Tromse” (Norveç), “Ekranas” (Litva), “Molde” (Norveç), “Videaton” (Macarıstan), “Düdelanj” (Lüksemburq), “Neftçi” (Azərbaycan), “Dila” (Gürcüstan), “Mura” (Sloveniya), “Zeta” (Çernoqoriya)

UEFA “Neftçi”nin Avroliqanın son təsnifat mərhələsində potensial rəqiblərini konkretləşdirib. Belə ki, I səbətdə yer alan komandamız turnirdə ən yüksək reytinqə malik, 2 il öncə Çempionlar Liqasının qalibi olmuş İtaliyanın “İnter” klubu, İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl”, Hollandiyanın “Alkmaar”, Serbiyanın “Partizan” və Kiprin APOEL klubu ilə üzləşə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR