“Atəşgah” sığorta şirkəti bayram günləri də işləyəcək

“Atəşgah” sığorta şirkəti bayram günləri də işləyəcək
# 26 oktyabr 2012 08:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti təklif etdiyi xidmətlərdən faydalanan əhalinin rahatlığını təmin etmək məqsədilə iş rejimində müvəqqəti dəyişikliyin olacağını elan edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin Bakıda yerləşən bütün satış ofisləri bayram günləri saat 10.00-dan 17.00-dək, şənbə günü isə (27 oktyabr) 10.00-dan 14.00-dək fəaliyyət göstərəcək.

Bazar günü (28 oktyabr) şirkətin yalnız baş ofisi saat 10.00-dan 14.00-dək işləyəcək.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR