Azərbaycan prezidenti maltalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti maltalı həmkarına təbrik məktubu göndərib
# 20 sentyabr 2012 16:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Malta prezidenti Corc Abelaya təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayır, dost Malta xalqına əmin-amanlıq və rifah diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR