İş adamını qətlə yetirməkdə təqsirləndirilən keçmiş deputatlığa namizədin barəsində tibbi ekspertizanın rəyi açıqlanıb

İş adamını qətlə yetirməkdə təqsirləndirilən keçmiş deputatlığa namizədin barəsində tibbi ekspertizanın rəyi açıqlanıb
# 25 sentyabr 2012 12:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə N.Orucov barəsində olan tibbi ekspertizanın rəyi elan olunub. Rəydə N.Orucovun məhkəmə proseslərində iştirakının səhhətinə təhlükə yaratmadığı qeyd olunub. İş üzrə növbəti məhkəmə prosesi isə sentyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən proseslərdə N. Orucov vəziyyətinin pisləşdiyini bildirdiyi üçün hər dəfə məhkəmə prosesi təxirə salınıb və tibbi ekspertizanın keçirilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, ötən il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR