İctimai Palata Milli Məclisin qarşısında piket keçirilməsinə qərar verib

İctimai Palata Milli Məclisin qarşısında piket keçirilməsinə qərar verib
# 26 oktyabr 2012 16:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbədənkənar iclası keçirilib. İP KŞ-nın üzvü Ədalət Yusubovun APA-ya verdiyi məlumata görə, iclasda Milli Məclisdə “Sərbəst toplaşma haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub və qurum bunu sərbəst toplaşma azadlığına qoyulan qadağa kimi dəyərləndirib. KŞ layihənin parlamentdə müzakirəyə çıxarılacağı gün - noyabrın 2-də Milli Məclisin qarşısında piket keçirilməsi barədə qərar qəbul edib.

İP KŞ piketlə bağlı bəyanat da qəbul edilib.

Ə. Yusubov onu da qeyd edib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə oktyabrın 29-da müraciət ediləcək: “Biz aksiyanın keçirilməsində israrlıyıq və icra hakimiyyətinin mövqeyindən asılı olmayaraq, piketi keçirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR