BDU-da optik mikroskopiya laboratoriyasının açılışı keçirilib

BDU-da optik mikroskopiya laboratoriyasının açılışı keçirilib
# 11 iyul 2012 11:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin nəzdində “Carl Zeiss optik mikroskopiya” laboratoriyasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, avadanlıqlar “Carl Zeiss” şitkətinin Azərbaycan təmsilçisi olan OPTEC şirkəti tərəfindən verilib. Laboratoriya 10 ədəd “Primo Star” tədris mikroskopları ilə təchiz edilib, onlardan beşinin komplektinə rəqəmsal kameralar və zəruri proqram təminatı daxildir.

Tədbiri açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, məqsəd gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təmin etməkdir: “Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz Bakı Dövlət Universitetində alırlar. Buna görə də, yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizdir”.

Sonra tədris laboratoriyasının rəsmi açılışı olub və rektor Abel Məhərrəmovla OPTEC B.V. (Hollandiya) şirkətinin təmsilçisi Aleksandr Fon Korff arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR