AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 31 may 2012 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq may ayının 31-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

Mayın 30-da bir not buraxılışı dövriyyədən çıxarılıb, bir buraxılış isə yerləşdirilib. Hər iki buraxılışın həcmi eyni olduğuna görə, bazarın kapitallaşmasında dəyişiklik baş verməyib ki, bu səbəbdən də ACBDI indeksi sabit qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR