Azərbaycanın təmsil olunacağı “Junior Eurovision”un biletləri satışa çıxarılıb

Azərbaycanın təmsil olunacağı “Junior Eurovision”un biletləri satışa çıxarılıb
# 10 sentyabr 2012 13:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ilk dəfə təmsil olunacağı “Junior Eurovision-2012” mahnı müsabiqəsinin biletləri bu gündən satışa çıxarılıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, dekabrın 1-də Amsterdamda keçiriləcək yarışmanın əsas məşqi olacaq. Azərbaycanla bərabər, 12 ölkənin iştirak edəcəyi müsabiqənin əsas məşqinin biletləri 5-20, şounun biletləri isə 15-70 avro arasında satışa çıxarılıb. Builki şounun aparıcıları Kim Lian Van der Meij və Ewout Genemans olacaq. “Junior Eurovision” müsabiqədə iştirak edəcək ölkələrlə yanaşı, Avstraliyada da canlı nümayiş olunacaq. Azyaşlı istedadlıların yarışacağı bu şounun biletlərini bu gündən etibarən “Ticketpoint.nl” saytından əldə etmək olar.

“Junior Eurovision 2012” 1 dekabr tarixində Amsterdamın “HMH Arena”da baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR