AMEA-nın illik ümumi yığıncağı keçirilib - FOTOSESSİYA

AMEA-nın illik ümumi yığıncağı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 aprel 2012 13:34 (UTC +04:00)
APA-nın məlumatına görə, illik hesabat yığıncağında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edib.

İclasda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, sonuncu iclasdan keçən müddət ərzində AMEA-nın 7 akademiki dünyasını dəyişib. Hazırda AMEA-nın 50 həqiqi, 99 müxbir üzvü var. M. Kərimov deyib ki, hesabat ilində ölkədə elmin inkişafı, elmi potensialın qorunması, ailəmlərin nüfuzunun qaldırılması sahəsində mühüm addımlar atılıb. İl ərzində akademiya sistemində çalışan alimlərin maaşları artırılıb, AMEA-nın maddi-texniki bazası möhkəmləndirilib. İl ərzində akademiyanın alimləri 10-a yaxın dövlət proqramının icrasında iştirak ediblər. Hesabat ilində ölkədə ilk dəfə olaraq doktoranturaya qəbul uğurla həyata keçirilib. AMEA-nın elmi müəssisələrində 157 problemin 485 mövzusu üzrə 1427 elmi-tədqiqat işi aparılıb və 160-a yaxın əsas elmi nəticə alınıb.

AMEA-nın akademik-katibi Vaqif Fərzəlyev isə qeyd edib ki, 2011-ci il ərzində AMEA-nın elmi müəssisələri tərəfindən 71 Azərbaycan patenti və 3 xarici ölkənin patenti alınıb. Azərbaycan patentini almaq üçün 65 iddia sənədi verilib. Hesabat ilində akademiyanın alimləri tərəfindən 493 kitab və monoqrafiya nəşr olunub. Hazırda AMEA əməkdaşlarının ümumi sayı 9742, elmi işçilərin sayı 4709 nəfərdir. Onlardan 539 nəfəri elmlər doktoru, 2079 nəfəri isə fəlsəfə doktorudur. 2011-ci il ərzində doktoranturaya 275 nəfər qəbul olunub. Hazırda doktorantların ümumi sayı 175-i əyani, 140-ı qiyabi olmaqla 315 nəfərdir.

V. Fərzəliyev problemlərə də toxunub. Onun sözlərinə görə, AMEA-nın elmi işçilərinin əməkhaqqı bir neçə dəfə artırılsa da, bu, kifayət deyil. Akademik bu məsələnin müsbət həll olunacağına ümid etdiyini bildirib. Əsas problemlərdən biri də gənc və istedadlı alimlərlə bağlıdır: “Gənc alimlərin elmə gəlməsinə mənzil problemi, maaşların azlığı, prezident təqaüdünün gənc alimlərə ayrılmaması, gənc doktorantların hərbi xidmətə çağrılması mane olur”.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar səslənib. İllik hesabat səsə qoyularaq qəbul edilib. İclasın sonunda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səslənən təkliflərin ölkə rəhbərinə çatdırılacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR