Azərbaycandakı bankların mənfəəti azalıb

Azərbaycandakı bankların mənfəəti azalıb
# 24 may 2012 13:38 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə bank mənfəəti üzrə 0,8% artım müşahidə olunub.

Cari ilin yanvarında mənfəətin həcmi 23,8 mln. manat, yanvar-fevral aylarında 33,97 mln. manat olub. Göründüyü kimi, fevralda mənfəətin həcmi 10,17 mln. manat, martda isə 4,64 mln. manat təşkil edib. Beləliklə, ilin əvvəlində hər il əvvəlki ayla müqayisədə mənfəətin azalması müşahidə olunur.

Yanvar-mart aylarında bankların faiz gəlirləri 303,56 mln. manat, faiz xərcləri 162,46 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 141,10 mln. manat təşkil edib. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 74,60 mln. manat, qeyri-faiz xərcləri isə 136,51 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 61,91 mln. manata bərabər olan zərər yaranıb.

Qeyd edək ki, 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə faiz mənfəəti 18,5%, qeyri-faiz zərəri 11,2% artıb. O cümlədən, faiz gəlirləri 17,1%, faiz xərcləri 15,9%, qeyri-faiz əməliyyatları üzrə gəlirlər 13,6%, xərclər isə 12,5% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR