Azərbaycan XİN Gürcüstanın Sxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN Gürcüstanın Sxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
# 11 aprel 2012 08:35 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Sxinvalidə-Cənubi Osetiyada 8 aprel 2012-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını bəyan edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR