Yeniyetmə və gənclər arasında qayayadırmanma üzrə “Ümid-1” açıq idman yarışına start verilib

Yeniyetmə və gənclər arasında qayayadırmanma üzrə “Ümid-1”  açıq idman yarışına start verilib
# 31 mart 2012 15:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bu gün Nardaran qəsəbəsi yaxınlığında yerləşən qayalıqlarda yeniyetmə və gənclər arasında qayayadırmanma üzrə “Ümid-1” açıq yarışına start verilib. Bu barədə APA-ya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.
Məlumata görə, 31 mart - 1 aprel tarixlərində keçirilən qayayadırmanma üzrə bu yarışda 20-si qız, 102-si oglan olmaqla, ümumilikdə 122 yeniyetmə və gənc öz qüvvəsini sınayır.
Yarışda “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “Babadağ”, “Şahdağ”, “Geoloq”, “Qaya qartalları” “Texniki Universitet”, “Gənclik, “Climber” “Qusar”, “Climb club”, “Rockstone”, “Kəmərqaya”, “Tanrıdağ”, ”Gəncə”, “İrəli”, “Zirvə” klublar iştirak edir. Yarışın keçirilməsində məqsəd ekstremal idman növləri, o cümlədən qayayadırmanmanı yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançıların yetişdirilməsindən ibarətdir.
Qeyd edək kİ, bu idman növü 2010-cu ilin əvvəlində Kanadanın Vankuver şəhərində Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Olimpiya idman növləri sırasına daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR