“Yuventus” Robin van Persi və Luis Suaresi transfer etmək niyyətində olduğunu açıqlayıb

“Yuventus” Robin van Persi və Luis Suaresi transfer etmək niyyətində olduğunu açıqlayıb
# 21 iyul 2012 09:25 (UTC +04:00)
Bakı-APA. İtaliyanın “Yuventus” klubu dünya səviyyəli iki ulduz futbolçunun transferi üçün danışıqlara başladığını açıqlayıb. APA-nın məlumatına görə, “Yuventus” Robin van Persi və Luis Suaresi transfer etmək niyyətindədir. Hazırda Robin van Persi ilə danışıqları davam etdirən klub təmsilçiləri ona hücum xəttini Luis Suareslə gücləndirmək niyyətində olduğunu bildiriblər. Xatırladaq ki, 2004-cü ildən “Arsenal”da çıxış edən 28 yaşlı van Persi bu klubun forması ilə 96 qola imza atıb. 2011-ci ildən “Liverpul”da çıxış edən Luis Suares 44 oyunda 15 qol vurub. Hazırda Uruqvay millisinin heyətində Olimpiya Oyunlarına hazırlaşan Suaresin “Yuventus”la razılığa gəlmək imkanları yüksək qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR