Azərbaycan Kaliforniyada keçirilən Türk Mədəniyyət və İncəsənət Festivalında uğurla təmsil olunub - FOTOSESSİYA

Azərbaycan Kaliforniyada keçirilən  Türk Mədəniyyət və İncəsənət Festivalında uğurla təmsil olunub - <font color=red>FOTOSESSİYA </font>
# 27 avqust 2012 07:46 (UTC +04:00)
Bakı-APA. Avqustun 25-26-da Kaliforniyanın Monterey şəhərində Türk Mədəniyyət və İncəsənət Festivalı keçirilib. Festivalda Azərbaycan da təmsil olunub. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, konsulluğun dəstəyi ilə quraşdırılmış Azərbaycan stendində ölkəmizə dair müxtəlif məlumat kitabçaları, turist xəritələri, suvenirlər və kiçik xalçalar sərgilənib.

Festivalda çıxış edən mahir kamança ustası İmamyar Həsənov ifa etdiyi Azərbaycan musiqi nümunələri ilə tamaşaçıları riqqətə gətirib.
Daha sonra vaxtilə üç il Azərbaycanda yaşamış, hazırda Monterey şəhərində təhsil alan amerikalı tələbə Mayka Land çıxış edərək, Azərbaycanın nailiyyətləri, zəngin tarixi və mədəniyyəti, azərbaycanlıların yüksək qonaqpərvərlik və dözümlülük ənənələri barədə iştirakçılara məlumat verib.

İştirakçılar tərəfindən ən çox ziyarət olunan stenddə Azərbaycanın nar şirəsi qonaqlara təqdim olunub. Artıq bir müddətdən bəri Kaliforniyanın yüzlərlə dükanında uğurla satışı həyata keçirilən, birbaşa Azərbaycandan idxal edilən nar şirəsi festival iştirakçıları tərəfindən çox bəyənilib.

Xatırladaq ki, Monterey şəhəri 2011-ci ildən etibarən Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış şəhərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR