Azərbaycan güləşçiləri London Olimpiadasında bir gümüş və bir bürünc medal qazanıblar-YENİLƏNİB

Azərbaycan güləşçiləri London Olimpiadasında bir gümüş və bir bürünc medal qazanıblar-<font color=red>YENİLƏNİB</font>
# 05 avqust 2012 20:51 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ilk olaraq mübarizəyə qoşulan yunan-Roma güləşçilərinin yarışında döşəyə 55 kq və 74 kq çəki dərəcələrində idmançılar çıxıblar ki, onların hər ikisində yer alan pəhləvanlarımız fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Belə ki, 4 il öncə Pekində ikinci olan Rövşən Bayramov Londonda da eyni uğuru təkrarlayaraq, aktivində 1 bürünc medal olan yığmamıza ilk gümüş medalı qazandırıb. Onun ardınca üçüncü yer uğrunda görüşə çıxan Emin Əhmədov da Olimpiadanı medalla başa vurub. Təmsilçimiz komandamıza ikinci bürünc medalı qazandırıb. Bununla da idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarında aktivlərinə yazdıqları medalların sayı hələlik 3-ə çatıb.



***
Bakı-APA. Bu gün London Olimpiadasında güləş yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk olaraq yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Onlar 7 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Güləş yarışlarının I günü döşəyə 55 kq və 74 kq çəki dərəcələrində idmançılar çıxırlar ki, onların hər ikisində Azərbaycan atleti yer alıb. Özü də bu pəhləvanlar millimizə medal qazandırmaq gücündədirlər.


55 kq

Pekin Olimpiadasında finala kimi irəliləyən Rövşən Bayramov bu dəfə qızıl medal qazanmaq iddiasındadır. O, arzusunu reallaşdırmaq üçün mübarizəyə 1/16 finaldan başlayıb.

Həmyerlimizin rəqibi rusiyalı Minqiyan Semenov olub. Görüş dünya çempionumuz üçün uğurlu alınıb. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə eyni hesabla qalib gələrək, 1/8 finala yüksəlib.

Onun bu dəfə rəqibi amerikalı Tomas Manqo Spenser olub. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

İkinci hissədə də amerikalı güləşçi çətin anlar yaşayıb və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanıb. O, nəticədə daha bir mərhələ irəliləyib.

R. Bayramov 1/4 finalda çinli Li Şujinlə üz-üzə gələcək.

74 kq

Bu çəkidə ölkəmizi təmsil edən Emin Əhmədov püşkün nəticəsinə görə birinci mərhələdən azaddır. O, 1/8 finalda İslam Tolbanı (Misir) məğlub edən Neven Zuqajla (Xorvatiya) qarşılaşacaq.

Qeyd edək ki, millimizin Londonda yunan-Roma güləşi üzrə 5 idmançısı gücünü yoxlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR