Azərbaycandan Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkənlər üçün ən çox vəsait ayırmış şəxslərə sertifikatlar təqdim olunub - FOTOSESSİYA

Azərbaycandan Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkənlər üçün ən çox vəsait ayırmış şəxslərə sertifikatlar təqdim olunub - <font color=red>FOTOSESSİYA</font>
# 09 mart 2012 13:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyən Azərbaycandakı səfirliyində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ötən ilin oktyabr ayında Van bölgəsində zəlzələdən zərər çəkənlər üçün təşkil etdiyi kampaniyaya ən çox vəsait ödəmiş şəxslərə sertifikatların təqdim olunması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın müxtəlif dövlət strukturlarının nümayəndələri, ayrı-ayrı şəxslər, millət vəkilləri iştirak edib. Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç çıxışında deyib ki, Azərbaycanda Van bölgəsində baş verən zəlzələ ilə bağlı “Siz tək deyilsiniz!” şüarı altında yardımlar göstərilib: “Bu onun göstərdi ki, Azərbaycanla Türkiyə bir millət, bir ürək, əkiz qardaşdır. O günləri heç zaman unutmayacağam”.

Qeyd olunub ki, AzQAC-ın elan etdiyi yardım kampaniyasından əlavə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları Vanda zəlzələdən ziyan çəkənlər üçün 20 min ABŞ dolları yardım edib. Bundan başqa, Azərbaycan vətəndaşları səfirliyə müraciət edərək yardımlar göstəriblər.

AzQAC sədri Novruz Aslanov isə çıxışında Vanda baş verən zəlzələnin təkcə Türkiyədə deyil, Azərbaycanda da hamını sarsıtdığını bildirib: “Azərbaycan Fövqəladə Hallar Nazirliyi zəlzələnin ilk saatlarında nəticələri aradan qaldırmaq üçün geniş spektrdə fəaliyyətə başladı”.

N. Aslanov 1992-93-cü illərdə erməni işğalı nəticəsində öz yurdlarından məcburi köçkün düşən Azərbaycan vətəndaşları üçün Türkiyə “Qızıl Ayı”nın yardımlar etdiyini xatırladıb: “Bu yardımlar uzun müddət davam etdi”.
O, həmçinin bildirib ki, AzQAC tarixində ilk dəfə olaraq, Vanla bağlı beynəlxalq kampaniya elan olunub.
Sonda Van zəlzələsi ilə bağlı Azərbaycandan ən çox vəsait köçürmüş şəxslərə sertifikatlar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR