Gürcüstanın əfsanəvi futbolçusu Ramaz Şengeliya vəfat edib

Gürcüstanın əfsanəvi futbolçusu Ramaz Şengeliya vəfat edib
# 21 iyun 2012 11:05 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur hücumçusu 55 yaşında dünyasını dəyişib.

Tiflis “Dinamo”sunda çıxışı ilə tanınan Ramaz SSRİ çempionatında 283 oyunda 120 qol vurub. O, doğma komandasında 1978-ci ildə SSRİ çempionluğunu, 1 il sonra SSRİ kubokunu, 1981-ci ildə Kuboklar Kubokunu qazanıb.

Şengeliya 1981-ci ildə həm SSRİ ən yaxşı futbolçusu, həm də 23 qolla SSRİ çempionatının bombardiri olub. 1978-ci ildə də SSRİ-nin ən yaxşı futbolçusu seçilən hücumçu bu ölkənin yığmasında 1979-83-cü illərdə oynayıb və 26 matçda 10 qol vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR