Erməni silahlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutmaqda davam edir

Erməni silahlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutmaqda davam edir
# 21 iyun 2012 06:50 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan, işğal olunmuş Ağdam rayonunun Kəngərli və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR