Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,5% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,5% artıb
# 23 avqust 2012 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,5% üstələyərək 3 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 73,2%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2,3 mlrd. manatlıq və ya 7,1% çox pullu xidmətlər göstərilib: «Bu dövrdə hər bir ölkə sakini orta hesabla ayda 46,7 manatlıq və ya 3,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib».

Qeyd edək ki, 2012-ci ilin birinci yarısında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə Bakı şəhəri üzrə 4,5%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 16,8%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 16,1%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 15,5%, Lənkəran iqtisadi rayonu üzrə 14,7%, Aran iqtisadi rayonu üzrə 14,5%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 12,7%, Abşeron iqtisadi rayonu üzrə 9,2% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR