Azərbaycanda pornoqrafik disk satışı ilə məşğul olan internet klub aşkarlanıb

Azərbaycanda pornoqrafik disk satışı ilə məşğul olan internet klub aşkarlanıb
# 03 may 2012 10:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda pornoqrafik disk satışı ilə məşğul olan internet klub aşkar edilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən APA-ya verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Zeynalov Azər Səftər oğlunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Playstation” internet klubunda 2 ədəd pornoqrafik görüntüləri olan diskin satması faktı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR