Azərbaycanın turizm sektoru “Eurovision”a gələcək əcnəbilər üçün viza prosedurunun sadələşdirilməsindən razı qalıb

Azərbaycanın turizm sektoru “Eurovision”a gələcək əcnəbilər üçün viza prosedurunun sadələşdirilməsindən razı qalıb
# 11 fevral 2012 10:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA. Azərbaycanın turizm sektoru “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələcək xarici vətəndaşlar üçün viza prosedurlarının sadələşdirilməsi barədə prezident fərmanını razılıqla qarşılayıb. Bunu APA-ya Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov deyib. O bildirib ki, turizm sektorunun nümayəndələri bu fərmanı alqışlayır: “Turizm sektoru maraqlıdır ki, viza alınması daha da asanlaşsın. Çünki bu məsələ turizm sektoru üçün müəyyən problemlər yaradır. Bu fərman bir start oldu və ümidvarıq ki, gələcəkdə belə praktika davam edəcək”.

N. Bağırov qeyd edib ki, hələlik bu fərmanın və viza prosedurunun sadələşdirilməsinin ölkəyə gələn turistlərin sayına təsiri barədə danışmaq çətindir. Bununla yanaşı, yeni qaydaların viza prosesini asanlaşdıracağı şübhəsizdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR