Fuad Muradov: “Heydər Əliyev Mərkəzində baş verən yanğına sevinmək yox, yanğının qarşısını almağa səfərbər olmaq lazım idi”

Fuad Muradov: “Heydər Əliyev Mərkəzində baş verən yanğına sevinmək yox, yanğının qarşısını almağa səfərbər olmaq lazım idi”
# 20 iyul 2012 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Bu gün Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsinə görə, sevinmək yox, yanğının qarşısını almaq üçün səfərbər olmaq lazım idi”.

Bu açıqlamanı APA-ya Milli Məclisin deputatı Fuad Muradov verib. O deyib ki, Heydər Əliyev Mərkəzi dünyanın mükəmməl incəsənət nümunələri sırasına düşən bir tikilidir: “Bu binanın həm texniki, həm də xarici görüntü baxımından analoqu yoxdur. Belə bir hadisənin baş verməsinə təəssüf edirik. Əlbəttə hüquq-mühafizə orqanları bu hadisənin baş vermə səbəblərini aşkara çıxaracaq, səhlənkarlıq edən şəxslər cəzalandırılacaqlar”.

F. Muradov əlavə edib ki, təəssüf doğuran məqamlardan biri bəzi sosial şəbəkələrdə Heydər Əliyev Mərkəzində baş verən yanğın hadisəsini sevinclə qarşılayanların olmasıdır: “Burada sevinməli nə var ki, bunu anlaya bilmirəm. Bu bina Azərbaycanın fəxr edə biləcəyi tikilisidir və ümummilli lider Heydər Əliyevin adını daşıyır. Düşünürəm ki, bu hadisəyə sevinmək yox, hadisənin aradan qaldırılmasına kömək etmək lazım idi. Bu vəziyyət bir millət vəkili kimi məni narahat edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR