ABŞ-da partiayadaxili seçkilərdə respublikaçı namizədlər reklam büdcələrinin böyük hissəsini bir-birini tənqid etməyə sərf edirlər

ABŞ-da partiayadaxili seçkilərdə respublikaçı namizədlər reklam büdcələrinin böyük hissəsini bir-birini tənqid etməyə sərf edirlər
# 21 fevral 2012 16:45 (UTC +04:00)
Bakı-APA. ABŞ-da respublikaçıların keçirdiyi praymerizdə siyasi reklamın böyük bor hissəsi namizədliyə iddiaçıların tənqidinə həsr olunub. APA-nın məlumatına görə, “The Washington Post”un araşdırmaları bu qənaətə gəlməyə əsas verir. 2008-ci ildə keçirilən praymerizdə namizədlərin təbliğat materiallarının yalnız 8 faizi partiyadaxili ərqiblərin tənqidinə həsr olunmuşdu.

Massaçusetsin sabiq qubernatoru Mitt Romni və onun dəstək qrupu reklam büdcəsinin 2/3 hissəsini öz opponentlərini tənqid edən roliklərə sərf ediblər. Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriçi isə dəstəkləyənlər reklam büdcəsinin yarısını, konqresmen Ron Pol və tərəfdarları büdcənin yarıdan azını, sabiq senator Rik Santorum isə ¼ hissəsini respublikaçı rəqiblərinin tənqidi üçün xərcləyib. Respublikaçılar arasında rəqabətə ən parlaq nümunələrdən biri Santorumun seçki komitəsinin hazırladığı rolik olub. Rolikdə Mitt Romniyə bənzəyən şəxs Rik Santorumun şəklinə çirkab yaxmağa çalışır, lakin nəticədə özünün üst-baş çirkaba bulaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR