Qırğız gəncləri Azərbaycana gəlir

Qırğız gəncləri Azərbaycana gəlir
# 17 sentyabr 2012 11:45 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 18-dən Bakıda Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlim kursunun Proqramına əsasən iştirakçılara Azərbaycanda gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumatların verilməsi, Gənclər Fondunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlərin keçirilməsi və Bakı şəhərində gəzintilərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, təlim kursu “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR