Azərbaycanda jurnalist keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib

Azərbaycanda jurnalist keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib
# 17 sentyabr 2012 14:41 (UTC +04:00)
Hadisə bu gün saat 16.00 radələrində rayonun Murtuza Muxtarov küçəsində qeydə alınıb. Rayon sakini, 30 yaşlı Elçin Əlibala oğlu Əsədullayev keçmiş həyat yoldaşı, 29 yaşlı Lətafət Məmmədovanı küçənin ortasında bıçaqlayıb. L. Məmmədova aldığı 6 bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Hadisəni törədən E. Əsədullayev polis tərəfindən saxlanılıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən E. Əsədullayev jurnalistdir. Lakin onun hansı media orqanında çalışdığı açıqlanmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR