Azərbaycanda IPI indeksi kəskin azalıb

Azərbaycanda IPI indeksi kəskin azalıb
# 24 sentyabr 2012 10:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2012-ci ilin avqust ayında 94,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyul ayı ilə müqayisədə 20,9 faiz bəndi azalıb:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks avqust ayında istehsal edilmiş məhsulun dəyəri (2,748 mlrd. manat) iyulda istehsal edilmiş məhsulun dəyərinə (2,918 mlrd. manat) bölünməklə hesablanıb. İndeksin hesablama metodologiyasına əsasən, onun 100%-dən aşağı olması avqustda sənaye istehsalatında müşahidə olunan azalmanı əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR