Xəzərdə sualtı seysmik stansiyalar quraşdıracaq şirkətin nümayəndələri iyunun 17-də Azərbaycana gələcək

Xəzərdə sualtı seysmik stansiyalar quraşdıracaq şirkətin nümayəndələri iyunun 17-də Azərbaycana gələcək
# 30 may 2012 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq şirkətin nümayəndələri iyunun 17-də Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidçmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Amerikanın “Kinemetric” şirkətinin nümayəndələri sualtı stansiyaların texniki şərtlərini dəqiqləşdirəcəklər: “Texniki şərtlər dəqiqləşdiriləndən sonra stansiyaların Azərbaycana nə zaman gətirilməsi aydınlaşacaq. Stansiyalar artıq hazırdır, onların yalnız Azərbaycana göndərilməyi qalıb”.

Qeyd edək ki, Xəzərdə öncə 3 sualtı seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Stansiyalar dənizin dibində, ötürücülər isə platformada qurulacaq. Seysmik stansiyalar “Ümid”, “Sahdəniz” və “Günəşli” yataqlarında quraşdırılacaq. Ümumiyyətlə, Xəzərin Azərbaycanın sektorunda, İrandan tutmuş Rusiya ilə sərhədə qədər 10 sualtı seysmik stansiyanın quraşdırılacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR