Azərbaycan ABŞ-da keçiriləcək folklor festivalında təmsil olunacaq

Azərbaycan ABŞ-da keçiriləcək folklor festivalında təmsil olunacaq
# 15 iyun 2012 16:26 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Vaşinqton Milli Mərkəzində illik Smitson Folklor Festivalı keçiriləcək.

APA-nın ABŞ-da fəaliyyət göstərən Qarabağ Fonduna istinadən xəbərinə görə, iyunun 27-dən iyulun 1-dək davam edəcək dünya şöhrətli festivalda Azərbaycanın mədəniyyət və ənənələri də təqdim olunacaq.

İyulun 4-8-də isə festival iştirakçıları Azərbaycan mətbəxinin yeməkləri və milli içkilərinin satışı təşkil olunacaq.

Festival çərçivəsində azərbaycanlı və amerikalı musiqiçilərin iştirakı ilə muğam axşamı keçiriləcək.

Qeyd edək ki, tədbirin təşkilatçıları Smitson Folklor Mərkəzi və ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR