Ermənistan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru: “Sürix protokollarının ratifikasiya olunmamasına sevinirəm”

Ermənistan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru: “Sürix protokollarının ratifikasiya olunmamasına sevinirəm”
# 31 iyul 2012 09:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı imzalanmış Sürix protokolları əvvəldən erməni tərəfi üçün əlverişsiz idi”. APA-nın xəbərinə görə, bunu “news.am”a müsahibəsində Ermənistan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Aşot Melkonyan deyib. O bildirib ki, protokolların imzalanmasından dərhal sonra Türkiyə tərəfi Qarabağ problemini də gündəmə gətirib və protokolların üçüncü tərəfi də maraqlandırdığını bəyan edib: “Münasibətlərin normallaşdırılmasının “işğal edilmiş”, bizim üçün isə xilas edilmiş Dağlıq Qarabağdan erməni qüvvələrinin çıxarılması ilə əlaqələndirilməsi Türkiyə tərəfi üçün əlverişli idi. Məsələ erməni ictimaiyyətinin və diasporasının sərt müqaviməti ilə qarşılaşdığından çıxılmaz vəziyyət yarandı. Protokolların ratifikasiya olunmamasına mən bir tarixçi kimi sevinirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR