28 may - Respublika Günü ilə əlaqədar olaraq Gəncədə KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib

28 may - Respublika Günü ilə əlaqədar olaraq Gəncədə KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib
# 29 may 2012 07:53 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. 28 may - Respublika Günü ilə əlaqədar olaraq Gəncədə KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə yerləşən tarixi parlament binasında baş tutan tədbirə Parlament Jurnalistlər Birliyinin üzvləri qatılıblar. Tədbirdə ilk olaraq söz alan jurnalistlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Gəncə və gəncəlilərin rolundan, şəhərin iqtisadi-sosial inkişafından və şəhərdə aparılan geniş miqyaslı yenidənqurma və abadlıq işlərindən danışaraq şəhərin simasının bu cür dəyişməsindən zovq aldıqlarını bildiriblər. Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev jurnalistlərə şəhərdə aparılan abadlıq və yenidənqurma işləri haqda geniş məlumat verərək aparılan işlər çərçivəsində Gəncənin qədimliyinin qorunması üçün bizə miras qalan 801 tarixi agbidənin qeydiyyata alındığını və eləcədə 70-dən artıq tarixi binada restavrasiya işlərinin aparıldığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR