Berluskoni 4 il həbs cəzasına məhkum olunub

Berluskoni 4 il həbs cəzasına məhkum olunub
# 26 oktyabr 2012 18:57 (UTC +04:00)
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, məhkəmə Berluskoniyə iki dəfə apelyasiya şikayəti vermək haqqını tanıyıb.

Prokurorlar Berluskoniyə 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini tələb edirdilər.

Məhkəmə araşdırması nəticəsində bəlli olub ki, Silvio Berluskoni sahibi olduğu “Mediaset” şirkətinin yayım xərclərini qeyri-qanuni artırıb və vergilərdən yayınaraq əldə olunan “artıq” pulları siyasi və şəxsi məqsədləri üçün sərf edib.

Hökm oxunandan sonra “Mediaset” şirkətinin aksiyaları 3% enib.

Qeysd edək ki, Berluskoni oktyabrın 24-də bəyan etmişdi ki, İtaliyada gələn il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR