Rusiyada poliqonda baş verən partlayış nəticəsində altı hərbçi ölüb, dörd hərbçi yaralanıb

Rusiyada poliqonda baş verən partlayış nəticəsində altı hərbçi ölüb, dörd hərbçi yaralanıb
# 02 may 2012 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, partlayış utilizasiya üçün nəzərdə tutulmuş sursat maşından boşaldılan zaman baş verib. Hərbi prokurorluq yük boşaldılan zaman texniki təhlükəsizlik qaydalarına riayət olunmadığı qənaətinə gəlib. Faktla bağlı araşdırma aparılır, Müdafiə Nazirliyi hərbi hissəyə xüsusi təhqiqat komissiyası göndərib. Xatırladaq ki, ötən il Rusiyanın hərbi poliqonlarında beş partlayış hadisəsi qeydə alınıb, hadisələr zamanı 10-dan artıq hərbçi həlak olub, yüzlərlə hərbçi yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR