Azərbaycanda rəsmi işsizlərin sayı azalıb

Azərbaycanda rəsmi işsizlərin sayı azalıb
# 22 fevral 2013 07:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il fevralın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 692,9 min nəfər olub ki, onlardan 4 450,1 min nəfərini və ya 94,8%-ni iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il fevralın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olub, onların 41,9%-ni qadınlar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik olanların sayı 3,3% və ya 1,3 min nəfər azalıb.

İşsizliyə görə müavinətin orta məbləği 252,3 manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 manat və ya 21,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR